FHN yolda köməksiz qalmış iki nəfəri xilas etdi 

15:27 07.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 7-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Hafta.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.